Qardaş qardaşını baltalayıb öldürdü
Göyçay rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dünən saat 11:00 radələrində rayonun Mirzəhüseynli kəndində kənd sakini, 1985-ci il təvəllüdlü Səlimov Ramin Mövlan oğlu ailə münaqişəsi zamanı qardaşı, 1990-cı il təvəllüdlü Xeyrulla Səlimovu öldürüb. O, özündən 5 yaş kiçik qardaşının başına balta ilə bir neçə zərbə vurub.
21 yaşlı R.Səlimov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Ramin Səlimov tutulub. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam Rza

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Abşeronda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:51
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47