Eldar Sabiroğlu: “Həqiqəti əks etdirməyən ittihamlar daha qabarıq verilir”
“Hərbi hissədəki məlum hadisə ilə bağlı bizi vaxtaşırı informasiya verməməkdə suçlayanlar var. Əslində Hərbi Prokurorluqla birlikdə Müdafiə Nazirliyi zamanında, heç bir gecikdirmə olmadan ilkin məlumatı açıqlamışdı. Bunun davamını gözləyənləri də anlayışla qarşılayırıq. Ancaq istintaqın qaydalarına görə, nəticə tam dəqiqləşdirildikdən sonra hər hansı yekun bir fikir söyləmək olar. Qanun bunu belə tələb edir”.
Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi,
polkovnik-leytenant Eldar Sabiroğlunun açıqlamasında bildirilir. Açıqlamada qeyd olunur ki, Müdafiə Nazirliyi jurnalist araşdırmalarına, tədqiqatlarına hörmətlə yanaşır: “Lakin bu cür faktlar üzərində işləyərkən xüsusilə diqqətli və səbirli olmaq lazımdır. Bəzən isə görürük ki, fakt qalır kənarda, əsassız, həqiqəti əks etdirməyən ittihamlar daha qabarıq verilir”.
E.Sabiroluğunun fikrincə, bütövlükdə ordunu günahlandırmaq doğru münasibət sayıla bilməz.
“Əslində bir itki belə bizim üçün ağırdır. Onun məsuliyyətini, valideynlərin çəkdiyi dərdi və əzabı tamamilə başa düşür, hətta özümüzü onların yerinə qoyanda hər şeyi lap dərindən dərk etmiş oluruq. Amma bu zaman da Silahlı Qüvvələrimizin ayağına zəncir vurulmasına qətiyyən imkan vermək olmaz. Bir az sərt alınsa da, təəssüflə deməliyəm ki, bəzən belə cəhdlərə rast gəlirik. Bundan da düşmən çox gözəl istifadə edir. Nümunə olaraq deyə bilərəm ki, son günlər bizim bəzi mətbuat vasitələrində hansı təhlillər aparılırsa, hamısını nöqtəsinə, vergülünə toxunmadan erməni mətbuatı dərc edir. Özləri demək olar ki, heç bir şərh vermirlər. Görünür, bizdəki yazı-pozular, bəyanatlar, arxivlərin yenidən səhifələrə köçürülməsi və digər yanaşmalar onlar üçün kifayət edir. Biz bunu yolverilməz hesab edirik. Ordumuzu aşağılayan fikirlərin önünü kəsmək hər birimizin mənəvi borcu olmalıdır. Onun zəifləməsindən biz birlikdə itirə bilərik, bundan isə yalnız düşmən qazana bilər” – deyə, açıqlamada qeyd edilib.

496