
Ana və 9 yaşlı qızı yol qəzasında yaralandı
0
0
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 177-ci km-də qeydə alınıb. Bakı şəhər sakini Rövşən Mahmudovun idarə etdiyi “Jiquli” markalı avtomaşın Bakı istiqamətində hərəkət edərkən yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomaşında olan 4 sərnişindən ikisi - Yevlax rayon sakinləri 29 yaşlı Təranə Mahmudova və 9 yaşlı qızı Gülnarə müxtəlif dərəcəli xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, onların vəziyyəti normaldır. Xəsarət alan şəxslər bu gün ambulator müalicə üçün evə buraxılacaqlar. Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, onların vəziyyəti normaldır. Xəsarət alan şəxslər bu gün ambulator müalicə üçün evə buraxılacaqlar. Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
0
0