Cəzaçəkmə müəssisəsində ölüm hadisəsi
19 fevral 2011 12:47 (UTC +04:00)

Cəzaçəkmə müəssisəsində ölüm hadisəsi

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, müəssisədə saxlanılan məhkum Məmmədov Asim Ələkbər oğlu təsadüf nəticəsində yıxılaraq xəsarət alıb və nəticədə dünyasını dəyişib: “Bu, ilkin ehtimaldır. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

Faktla bağlı müəssisəsinin yerləşdiyi Nizami rayonunun Prokurorluğunda cinayət işi başlanıb. 1962-ci il təvəllüdlü A. Məmmədov xuliqanlıqda təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar