Silahlı toqquşmada iştiraka görə 12 il həbs
Ağdam sakini iki il istintaqdan yayınıb
Noyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 3 il əvvəl paytaxtın “Qurd qapısı” adlanan yerində silahlı qarşıdurmada iştirak edərək cinayət törətməkdə təqsirli bilinən Ağdam sakinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Vüsal Əliyevə hökm oxuyub. Hökmə əsasən, V. Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2006-cı ildə Bakının Yasamal rayonu ərazisində “Qurd qapısı” adlanan yerdə 2 mütəşəkkil dəstə arasında pulla bağlı yaranan mübahisə zəminində atışma baş verib. Atışma nəticəsində Bakı şəhər sakini Rasim Qəmbərov yaralanıb. Silahlı atışma törətməkdə təqsirli bilinən Almurad Məmmədov, Elçin Vəliyev, Pərviz Məcidov və Vilayət Rəfiyev saxlanılıb. Cinayətdə iştirak edən Vüsal Əliyev isə 2 il istintaqdan yayına bilib.
2008-ci ildə isə o, saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Fərid Əkbərov

571