Kişini qadın tualetində öldürdülər
Hadisə Xaçmazda baş verib
Xaçmaz şəhəri dəmiryolundakı qadın tualetində qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Rəhim Abbasov Ağagül Hacıyevi bir neçə bıçaq zərbəsilə qətlə yetirib.
1988-ci il təvəllüdlü Abbasov Rəhim Fuad oğlu Xaçmaz şəhər sakini 1987-ci il təvəllüdlü Hacıyev Ağagül Hacıgül oğlu ilə mübahisə edərək qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla ona bir neçə dəfə zərbə vurub.
İlkin versiya olaraq iki şəxs arasında gizli bir məsələ olduğu irəli sürülür, hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.
Yeri gəlmişkən, qətli törədən Rəhim Abbasov da xəsarət alıb. Saxlanılan şəxs sağ baldırının aşağı hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12