Azərbaycan Ordusunun əsgəri şəhid olub
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub. Oktyabrın 23-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Eldar İsmayılovun həyatına son qoyub.
Şəhidin ailəsindən ANS PRESS-ə verilən məlumata görə, erməni snayperinin açdığı atəş E. İsmayılovun ürəyindən dəyib.
Altı ay əvvəl Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan E. İsmayılov bu gün doğulduğu şəhərdə torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən faktla bağlı məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Allah rəhmət eləsin!

431