Samuxda 56 yaşlı kişi diri-diri yandı
Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ziyadlı kənd sakini, 1956-cı il təvəllüdlü Xaliq Bağırov öz evində yanaraq ölüb. Belə ki, tək yaşayan 55 yaşlı kişi ev soyuq olduğundan elektrik sobasını çarpayısının yaxınlığına qoyub və yuxuya gedib. Bir qədər keçdikdən sonra onun üzərindəki yorğan sürüşərək sobanın üstünə düşüb və alovlanıb. Qısa müddətdə X.Bağırovun bədəninin müəyyən hissəsi yanıb. Ağrıdan yuxudan ayılan X.Bağırov özünü itirib və yana-yana yenidən sobanın üstünə yıxılıb.
Hadisə yerinə yetişən qonşular evi söndürsələr də, ev sahibinin həyatını xilas edə bilməyiblər. Belə ki, 55 yaşlı kişi xəstəxanada ölüb.
Hadisə yerinə yetişən qonşular evi söndürsələr də, ev sahibinin həyatını xilas edə bilməyiblər. Belə ki, 55 yaşlı kişi xəstəxanada ölüb.
415