Gəncədə rəis müavininin anasının qətlinə görə 2 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anasının qətlə yetirilməsi faktı ilə bağlı 2 nəfər saxlanılıb.
Gəncə hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, saxlanılanlar - Gəncə şəhər sakinləri, 1962-ci il təvəllüdlü Rüstəmova Zəhra Əli qızı və 1974-cü il təvəllüdlü Əsədov Faiq Bəbir oğludur. Hazırda hər iki şəxs dindirilir.
F. Əsədovun qardaşı, 1968-ci il təvəllüdlü Əsədov İlham Bəbir oğlu barəsində isə axtarış elan olunub.
Qeyd edək ki, qətl hadisəsi fevralın 7-də, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 1-ci dalan, ev 2-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1930-cu il təvəllüdlü Siddiqə İbrahim qızı Əliyeva naməlum şəraitdə qətlə yetirilib. Hadisə yerinə əməliyyat qrupu gəlib. Meyitə baxış keçirən ekspertlər onun şərflə boğularaq öldürüldüyünü müəyyən ediblər. 81 yaşlı qadın öldürüldükdən sonra evdən qızıl-zinət əşyaları və pul götürülüb. Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

535