Təqsirləndirilən şəxslər məhkəmə zalında özlərini doğradılar
Zeynalov qardaşları ülgüclə özlərinə ağır xəsarətlər yetiriblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Natiq və Namiq Zeynalov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, prosesdə prokuror Natiq Zeynalova 12 il, Namiq Zeynalova 3 il həbs cəzası istəyib.
Bu anda təqsirləndirilən şəxslər gözlənilməz hərəkət ediblər. Zeynalov qardaşları qaldırdıqları vəsatətlərinin müzakirə olunmadığını deyərək zala gizlə gətirdikləri ülgüclə özlərini doğramağa başlayıblar. Onlar barmaqlıqların arasında boğaz və qarın nahiyələrini kəsiblər.
Məhkəmə nəzarətçiləri gözyaşardıcı qazdan istifadə ediblər və barmaqlıq arasında olan iki qardaşdan ülgüclər alınıb. Ancaq bu müddət ərzində onlar özlərinə ciddi xəsarət yetiriblər.
Məhkəmə prosesini izləyən şahidlər və jurnalistlər zaldan çıxarılıb.
Fərid

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54