Nigeriya vətəndaşları Bakıda mühakimə edilir
Oktyabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alverində və qaçaqmalçılıqda təqsirləndirilən Nigeriya vətəndaşlarının məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Nigeriya vətəndaşları Ojuederiyev Ceyms Ogeneruemun, Ogbonna Sabastin Okeçunkunu, Okvara Fillip Namdinin, Peter Onajite Miçaelin, Davies Olluvasegun İsalanın və Nduka Valentin dindiriliblər.
Proses oktyabrın 21-də şahidlərin dindirilməsi ilə davam etdiriləcək
Qeyd edək ki, Nigeriya vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq), 234.4.1, 234.4.2, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar və külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və satma) maddələri ilə ittiham olunurlar.
İttihama görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan Nigeriya vətəndaşlarından 16 kiloqram narkotik vasitə olan heroin götürülüb.
Fərid Əkbərov

452