Xarici ölkələrin telekommunikasiya qovşaqları Masallıdakı partlayışın səbəbləri ilə maraqlanır
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bütün MDB və xarici ölkələrdə telekommunikasiya qovşaqlarının təmirə ehtiyacı olur və bu adi haldır.
Masallı Telekommunikasiya Qovşağında baş verən hadisəyə toxunan nazir qovşağın fəaliyyətinin tədricən bərpa olunduğunu, yaxın 3-4 gün ərzində isə tam bərpa olunacağını bildirib: “Bir çox xarici ölkələrdəki telekommunikasiya qovşaqlarının istismarı bizdəki qovşaqlarla eynidir. Ona görə onlar da Masallıda baş verən hadisənin səbəblərini bilməkdə maraqlıdırlar. Hadisənin səbəbi məlum olduqdan sonra yəqin ki, biz də, onlar da öz fəaliyyətlərində bunu nəzərə alacaqlar”.

617