Kürdəmirdə 47 yaşlı qadın quyuda boğuldu
10 fevral 2011 13:13 (UTC +04:00)

Kürdəmirdə 47 yaşlı qadın quyuda boğuldu

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Təzə məhəllə adlanan küçədə yaşayan 1964-cü il təvəllüdlü Abbasova Mehriban Xasməmməd qızı həyətdəki quyuya düşüb.

Nəticədə 47 yaşlı qadın boğularaq ölüb. Hadisə baş verən zaman həyətdə kimsə olmadığından qadına kömək etmək mümkün olmayıb.

Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar