Gəncədə qətlə yetirilən qadın Polis Akademiyasının rəis müavininin anasıdır
Gəncə Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən 81 yaşlı Siddiqə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anasıdır.Hadisənin qarət məqsədi ilə törədildiyi bildirilir.
Qeyd edək ki, məlum qətl hadisəsi ötən gecə Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 1-ci dalan, ev 2-də qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1930-cu il təvəllüdlü Siddiqə İbrahim qızı Əliyeva naməlum şəraitdə qətlə yetirilib. Hadisə yerinə əməliyyat qrupu gəlib. Meyitə baxış keçirən ekspertlər onun şərflə boğularaq öldürüldüyünü müəyyən ediblər. 81 yaşlı qadın öldürüldükdən sonra evdən qızıl-zinət əşyaları və pul götürülüb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

589