Potidə qəzaya uğrayan gəmidə 3 azərbaycanlı olub
Fevralın 7-də Gürcüstanın Poti limanında Ukraynaya məxsus “Qriqori Petrovski” yük gəmisi güclü qasırğa nəticəsində qəzaya uğrayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza zamanı gəmidə 11 ekipaj üzvü olub, onlardan üçü Azərbaycan vətəndaşıdır. Xilasetmə əməliyyatı nəticəsində onların hamısı xilas edilib. Poti şəhərinin rəsmiləri Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfova zəng edərək, qəza barəsində məlumat veriblər. Baş konsul və konsulluğun əməkdaşları xəbərdən dərhal sonra Poti şəhərinə yola düşüblər. Poti Meri V.Lemonjava xarici ezamiyyətdə olduğu üçün Hüseyn Nəcəfov Poti şəhərinin vitse-meri Qeorgiy Homeriki ilə görüşüb.
Qeorgiy Homeriki qəza barəsində ətraflı məlumatı diqqətə çatdıraraq, qasırğa zamanı ekipajın idarəetməni itirdiyini və gəminin dalğaqırana dəyərək çatladığını bildirib. Gəmidə 32 ton dizel və 2,8 ton yağlı yanacaq yükü olub. Yaranmış çat nəticəsində yükün bir qismi dənizə tökülməkdədir.
Hüseyn Nəcəfov Poti liman administrasiyasının kapitanı Vaxtanq Tavberidze və qəzada zərərçəkmiş Azərbaycan vətəndaşları - gəmi kapitanın 1-ci müavini Əzizov Qaçay Abuturab oğlu (1952 təvəllüdlü), böyük mexanik Misiyev Arif Həbib oğlu (1952) və dənizçi Vəlmətov Fariz Gülmirzə oğlu (1987) ilə görüşüb. Konsulluq tərəfindən zərərçəkmişlərə lazımı kömək və diqqət göstərilib. Dənizçilərin səhhəti yaxşıdır. Qəza ilə bağlı Gürcüstanın müvafiq instansiyaları tərəfindən araşdırmalar aparılır.

629