Masallıdakı partlayışda ölən və yaralananların adları açıqlandı
Masallı Rayon Telekommunikasiya Qovşağında bu gün saat 14.45-də baş verən partlayış nəticəsində dünyasını dəyişən bir nəfər və bir yaralı Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, partlayış nəticəsində ölən şəxs qadındır. Vəziyyəti ağır olan yaralının üzərində isə hazırda Masallı rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı aparılır. Hazırda bir kişinin də dağıntılar altında qaldığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşların tərəfindən hazırda həmin şəxsin axtarışı aparılır.
Nazirlikdən o da əlavə edilib ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 3 nəfər təcili yardımla Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Masallı rayon Telekommunikasiya Qovşağının işçiləri olan həmin şəxslər, 1986-cı il təvəllüdlü Məmmədov Zəfər Haçıməmmədoğlu, 1964-cü il təvəllüdlü Məmmədov Natiq Malik oğlu və 1956-cı il təvəllüdlü Quliyev İbadət Abusət oğludur. Yaralanan hər üç şəxsə lazımı tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbələrinə yerləşdirilib.
Hadisə şahidlərinin APA-nın cənub bürosuna verdikləri məlumata görə, partlayış qovşaq binasının ikinci mərtəbəsində baş verib. Bina 1983-cü ildə istifadəyə verilib.
Məlumata görə, dağıntılar altında qalaraq həlak olan Şərəfə kənd sakini, 1964-cü il təvəllüdlü Şahverdiyeva Kişvər Vəliş qızı Masallı Telekommunikasiya Qovşağının əməkdaşı olub. Dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilən Ərkivan qəsəbə sakini, 1956-cı il təvəllüdlü İbadət Abusət oğlu Quliyev də ATS-in işçisidir.
Hadisənin baş vermə səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

519