“UAZ” dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı
04 fevral 2011 15:00 (UTC +04:00)

“UAZ” dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı

Bu gün Qaxda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 12:00 radələrində, Qıpçaq-Acınohur yolunun 18-ci kilometrliyində, Yeni İlisu qəsəbəsi ərazisində 62 BD 671 dövlət nömrə nişanlı “UAZ” markalı avtomobil dərin dərəyə yuvarlanıb.


Nəticədə avtomobilin sərnişini, 1971-ci ildə anadan olmuş Xəlilov Nazim Niyazi oğlu hadisə yerində keçinib. Avtomobilin sürücüsü, Qax rayonu, Qıpçaq kənd sakini 1980-ci il təvəllüdlü Vəliyev Xəqani Vidadi oğlu isə ağır xəsarətlər alıb və o, rayonun Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar