60 yaşlı qadın diri-diri yandı
04 fevral 2011 13:47 (UTC +04:00)

60 yaşlı qadın diri-diri yandı

Fevralın 3-də Abşeron rayonunda yanğın hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Xırdalan şəhərindəki Quşçuluq yaşayış sahəsində yaşayan 1951-ci il təvəllüdlü Fəridə Qurbanova yaşadığı evdə diri-diri yanıb.


Belə ki, onun yaşadığı mənzildə yanğın baş verib. Yanğın kiçik bir ərazini əhatə edib. Ancaq 60 yaşlı qadın yanaraq ölüb. Evdən yanıq qoxusu his edən qonşular gələnə qədər artıq gec olub.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar