Bakıdan Tiflisə yük aparan qatar relsdən çıxıb
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün, dəmir yolu xəttinin Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Qərb bölgəsi üzrə koordinatoru Füzuli Kərimov jurnalistlərə bildirib ki, Bakıdan Tiflisə gedən vaqonların relsdən çıxması nəticəsində dəmir yolu xəttinə, vaqonlara, eləcə də əraziyə zərər dəyməyib. Təqribən iki saat ərzində qəzanın nəticələrinin aradan qaldırılacağını deyən F. Kərimov qatarda mazut dolu çənlərin də olduğunu söyləyib.
622