Vahid Mustafayevin qardaşının ölümü ilə bağlı məhkəmə prosesi başlayır
Lent.az-ın məlumatına görə, iş üzrə məhkəmənin hazırlıq iclası saat 12:00-da Yasamal Rayon Məhkəməsində keçiriləcək. İş üzrə təqsirləndirilən şəxs İsmayıl İsmayılovdur. İ.İsmayılov barəsində isə Yasamal rayon prokurorunun təqdimatı əsasında rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.İsmayılovun atası Behbud İsmayılov uzun illər Respublika Baş Prokurorluğunda idarə rəisi olub. O, bu hadisədən sonra öz ərizəsi ilə işdən azad edilib.
Xatırladaq ki, hadisə 2010-cu il noyabrın 14-də Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ.İsmayılov idarə etdiyi, dostu Fərid Əfəndiyevə məxsus maşınla piyadalar Rafael Mustafayev və Qasım Muradpuru vurub. Nəticədə piyadalar ağır xəsarət alıblar. Sürücü onları maşınla Z. Kərimov küçəsinə aparıb, orada küçəyə ataraq qaçıb. R.Mustafayev orada dünyasını dəyişib, Q.Muradpur isə sonradan xəstəxanaya yerləşdirilib.
R.Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub.

632