28 yaşlı Bakı sakini hamamda öldü
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Həmin mənzilin giriş hissəsində qaz qoxusunun gəlməsini nəzərə alaraq xilasedicilər mənzilə daxil olan qazı şəbəkədən ayırıblar və təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən hamam otağında 1983-cü il təvəllüdlü Qonoçkin Evgeni Viktoroviçin meyiti aşkarlanıb.
28 yaşlı paytaxt sakininin ölüm səbəbi araşdırılır.

555