2633 karat brilyant daş, 2805 qram qızıl, 14275 qram gümüş
31 yanvar 2011 16:14 (UTC +04:00)

2633 karat brilyant daş, 2805 qram qızıl, 14275 qram gümüş

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu il ərzində aşkarlanan 16951 gömrük qaydaları əleyhinə inzibati xəta faktı üzrə 509 hüquqi şəxs (o cümlədən, 153 xarici hüquqi şəxs) və 16471 fiziki şəxs (o cümlədən, 10569 xarici) inzibati məsuliyyətə cəlb edilib.

Bu şəxslərə qarşı 1 milyon 342 min manatdan çox cərimə, 179 min 143 manat dəyərində isə müsadirə tətbiq olunub. Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 1 milyon 556 min 192 dollar, 210 min 100 avro, 16 milyon 611 min 717 rus rublu, 7 min 470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kiloqram 805 qram qızıl, 14 kiloqram 275 qram gümüş, 2 min 633 karat brilyant daş tutulub.

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilib. Aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 592 min ədəddən çox xaricdə istehsal olunan siqaret və 7 min 963 ədəd spirtli içki saxlanılıb.

Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd “Makarov” tipli tapança və onun patronları, 2483 ədəd mobil telefon, 2824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mal tutularaq barələrində müvafiq tədbir görülüb.

2010-cu ildə kinoloji itlərdən istifadə olunmaqla 11 narkotik qaçaqmalçılığı faktı aşkarlanıb, bu faktlar üzrə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən götürülüb. Hesabat dövrü ərzində tamamlanmış cinayət işləri üzrə 131 nəfər təqsirləndirilən şəxs istintaqa cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar