DİN: Dipkorpusun nümayəndələrinin təhlükəsizliyi qorunur
31 yanvar 2011 16:07 (UTC +04:00)

DİN: Dipkorpusun nümayəndələrinin təhlükəsizliyi qorunur

ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq etmələrinə Azərbaycanın Daxili İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a açıqlamasında əməliyyat şəraitinə tam nəzarət olunduğunu bildirib: “Azərbaycandakı xarici ölkələrin səfirliklərin, digər diplomatik nümayəndəliklərin, eləcə də onların akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyi etibarlı şəkildə qorunur. Bu işdə polis orqanları üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və əməliyyat şəraitinə tam nəzarət olunur”.


Qeyd edək ki, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar