Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılıb
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, ölkədə nəqliyyat sisteminin təkmilləşdirməsi üzrə 2008-2010-cu illər üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Ziya Bünyadov prospekti boyunca təmir-tikinti işləri həyata keçirilir. V. Əsədovun sözlərinə görə, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində (3 mikrorayon dairəsi) körpü və tunel tikintisi, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində (“Xaqani” yanacaqdoldurma məntəqəsinin yanı) körpü tikintisi, Ziya Bünyadov prospekti Əjdər Əliyev küçəsinin kəsişməsindəki mövcud körpünün yenidən qurulması, Zəki Məmmədov və Ziya Bünyadov prospektinin kəsişməsində tunel-körpü tikintisinin aparılması ilə əlaqədar sıxlığın yaranma ehtimalını nəzərə alınmaqla, adıçəkilən ünvanlarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sürücülərə müraciət edərək həmin ünvanlarda nəqliyyat vasitələrindən müvəqqəti istifadə etməməyə çağırıb. Avtonəqliyyat vasitəsi sahiblərindən alternativ yollardan istifadə etmək tövsiyə olunur.
V. Əsədov bildirib ki, adıçəkilən küçə və prospektlərdə təmir-tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxşar yazılar

Bakıda “Volkswagen" markalı minik avtomobili yandı
4 may 2025 , 09:56
Toyda dava: İmişlidə gənc bıçaqlandı
4 may 2025 , 00:32
Gəncədə qudalar arasında dava bıçaqlanma ilə nəticələndi
3 may 2025 , 23:00
Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
3 may 2025 , 19:24
Türkiyə parlamentinin sədr müavini vəfat etdi
3 may 2025 , 17:32
Şəmkirdə gənc oğlan özünü asdı
3 may 2025 , 16:27
Bu azərbaycanlı Türkiyədən QOVULDU - Digərinə cinayət işi AÇILDI
3 may 2025 , 16:21