“GEN” MMC-nin məhkəməsi başladı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tikinti şirkəti “GEN” MMC-nin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənlərin hüquqi nümayəndəsi Vidadi İsgəndərov ümumilikdə prosesin video çəkilişinin aparılması barədə vəsatət qaldırıb. Məhkəmə zərərçəkən tərəfin vəsatətini təmin edib. Həmçinin V. İsgəndərov deyib ki, ibtidai istintaq vaxtı təqsirləndirilən Elbrus Əliyevin cinayəti törətdiyi zaman əlbir olduğu şəxslər də müəyyən edilməyib. O, bu şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması məqsədilə işin məhkəmədən ibtidai istintaqa qaytarılması vəsatəti ilə də çıxış edib.
Təqsirləndirilən Nəbi Məmmədovun vəkili isə müdafiə etdiyi şəxs barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəzlənməzi barədə vəsatət qaldırıb. Məhkəmə sonuncu iki vəsatəti təmin etməyib.
Məhkəmə baxışı iyulun 21-də keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1. (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2. (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.
İttiham aktına görə, “GEN” MMC-nin təsisçisi Elbrus Bulud oğlu Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə tanışları Asif Meyli oğlu Ələmovun adına “Nəcibə”, Ağayev Həbib Məmmədağa oğlunun adına “GEN” və öz adına “Uğurlar”, “Elgün E” və “GEN Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətlər təsis edərək, özünün rəhbərliyi altında həmin cəmiyyətlərin işçiləri Ələmov Asif Meyli oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Abbasov Əliyar Qənbər oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu, Əhmədov Kamran Sabir oğlu və Məmmədov Nəbi Ağarəhim oğlundan ibarət, uzun müddət fəaliyyət göstərməsi nəzərdə tutulan, mütəşəkkil dəstə yaradaraq, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi olan müddət ərzində, həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonları, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələri ilə reklam və elanlar verməklə 373 vətəndaşı aldadıb. Onların 8059138 manat məbləğində pullarını dələduzluq yolu ilə mənimsəyiblər.

661