24 yaşlı oğlan kirayə yaşadığı evdə öldü
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ümid qəsəbəsi, 5-ci küçə, ev 28-də kirayə yaşayan 1987-ci il təvəllüdlü Zərbəliyev Fuad Vəfadar oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, gecə saatlarda hamamda yuyunarkən dəm qazından boğulub.
Otaq yoldaşları 24 yaşlı oğlanın ölümündən xeyli keçəndən sonra xəbər tutublar.
Araşdırma aparılır.
Nizam Rza
Otaq yoldaşları 24 yaşlı oğlanın ölümündən xeyli keçəndən sonra xəbər tutublar.
Araşdırma aparılır.
Nizam Rza
469