Bakıda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, axşam saatlarında 2 naməlum şəxs rayon ərazisindəki valyutadəyişmə məntəqələrinin birinə gələrək, oranın müdiri Qasım Mustafayevi tapança ilə hədələyib.
Bu zaman həmin şəxslər Q.Mustafayevdən içərisi pulla dolu olan çantanı alaraq ərazidən uzaqlaşıblar. Lakin çox keçmədən Nərimanov Rayon Mühafizə İdarəsi və 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Ramiz Əsgərov və Bakı şəhər sakini Nazim Əliyev tutulub.
Onlardan 1 ədəd "Kanas" markalı tapança götürülüb.
Araşdırma aparılır.
Nizam Rza

481