Suraxanıdakı dəhşətli olayla bağlı rəsmi məlumat yayıldı
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakının Suraxanı rayonunda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 30-da saat 01 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 50 v saylı evin 10-cu mənzilində, həmin mənzildə yaşayan, 1952-ci il təvəllüdlü Mehdiyeva Lətifə Ziyadin qızının, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massiv, 30a saylı ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Sultanova Aysel Rövşən qızı və sonuncunun qardaşı ,1995-ci il təvəllüdlü Sultanov Elçin Rövşən oğlunun üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunub.
Bakı şəhər Prokurorluğu, Baş Polis İdarəsi, Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, meyitlərin xarici müayinələri aparılıb, hadisə yerindən üzərində qan ləkələri olan balta maddi sübut kimi götürülüb. Şahidlərin dairəsi müəyyənləşdirilərək ifadələri alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Baxış zamanı mənzildə ev əşyalarının dağılması və ya qarət əlamətləri müşahidə edilməyib.
İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən ünvanda Lətifə Mehdiyeva həyat yoldaşı Yusif Mehdiyevlə birlikdə yaşayıb. Aysel və Elçin Sultanovlar isə Lətifə Mehdiyevanın bacısı uşaqlarıdır və onlar yanvarın 28-də L. Mehdiyevanın evinə qonaq gəliblər. Hadisədən sonra Yusif Mehdiyev mənzili tərk edib, lakin həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində o, Salyan rayonunun Xalac qəsəbəsində əmisi oğlu Mehdiyev Elşən Yəhya oğlunun evində yaxalanıb. Yusif Mehdiyev törətdiyi cinayət əməlini etiraf etməklə cinayəti törədərkən əynində olmuş paltarları Xalac kəndinin yaxınlığından keçən su kanalının kənarına atdığını bildirib. Həmin əraziyə Yusif Mehdiyev və hal şahidlərinin iştirakı ilə baxış keçirilərək oradan həmin çanta və içərisində üzərində qan ləkələri olan Yusif Mehdiyevə məxsus paltarlar aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Yusif Mehdiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən davam etdirilir.

533