Azərbaycan öz vətəndaşlarını Misirdən çıxarır
30 yanvar 2011 01:48 (UTC +04:00)

Azərbaycan öz vətəndaşlarını Misirdən çıxarır

Azərbaycan Prezidentinin tapşırığı ilə Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün Misirdən evakuasiya edilməsinə dari qərar qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir. Məlumatda bildirilir ki, bu məqsədlə Misirə xüsusi təyyarə göndərilməsi planlaşdırılıb.

Evakuasiyaya dair tələb olunan məlumatları əldə etmək üçün Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları Qahirədə yerləşən Azərbaycan Səfirliyinin yaratdığı “qaynar xətt” vasitəsi ilə əlaqə saxlamalıdırlar.

XİN mətbuat xidməti “qaynar xətt”in nömrələrini təqdim edir:

00201 69 14 2848
00201 08 15 8628.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar