Dolu və leysan Şəkini də vurub
Şəki rayonuna yağan dolu, leysan yağışları və güclü külək dağıntılara səbəb olub.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonun Cumakənd, Şorsu, Qudula, Baltalı, Aşağı Göynük kəndlərində taxıl və bostan sahələri yararsız hala düşüb.
Kəndlərin elektrik təchizatı sıradan çıxıb. Dolu kənd evlərinin dam örtüklərini deşib, həyətləri su basıb. Məlumata görə, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri adı çəkilən kəndlərdədirlər. Kəndlərə dəyən ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür, dəyən ziyanın məbləği hesablanır. Şəki Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları kəndlərin elektrik enerjisinin bərpası istiqamətində iş aparırlar.

604