Faiq Ağayevə qarşı cinayət işi qaldırılacaq
18 iyun 2009 13:30 (UTC +04:00)

Faiq Ağayevə qarşı cinayət işi qaldırılacaq

İlhamə Quliyevanın məsuliyyətə cəlb olunması barədə ərizə isə əsassız sayılıb

Yasamal Rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın şikayəti əsasında xalq artistləri İlhamə Quliyevan və Faiq Ağayevin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə əlaqədar məhkəmə prosesi keçirilib. Xatırladaq ki, həmin ərizə Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədova tərəfindən rədd edilmişdi. Flora Kərimova həmin qərardaddan Bakı Apelyasiya Məhkəməsinə şikayət verib.

İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin Lent.az-a verdiyi məlumata görə, bu gün Apelyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə məhkəmə iclası keçirilirb. Prosesdə İlhamə Quliyevanı vəkili Şəfiqə Nağıyeva təmsil edib.

F.Ələkbərovun dediyinə görə, Yasamal Rayon Məhkəməsinin qərardadının İlhamə Quliyevaya olan hissəsi qüvvədə saxlanılıb. Yəni Flora Kərimovanın İlhamə Quliyevanı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması barədə ərizəsi əsassız hesab edilib.

Flora Kərimovanın xalq artisti Faiq Ağayevə qarşı iddiası isə təmin edilib. İddia ərizəsində Faiq Ağayevə qarşı CM-nin 147.2 (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması istənilmişdi.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809

Oxşar yazılar