103 yaşlı qadın ömründə ilk dəfə xəstəxanaya aparıldı
Bir əsrlik nənə nəvəsinin nəvəsini görüb
Türkiyənin Əskişəhər vilayətində yaşayan 103 yaşlı qadın ömründə ilk dəfə xəstəxanaya aparılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir əsrlik nənənin 7 övladı, 30 nəvəsi var. Səhhətində problem yaranan Gülsüm Qoca bu gün səhər xəstəxanaya çatdırılıb.
Qadının nəvəsi Cəvahir Qoca deyib ki, nənəsinə tibbi müdaxilə edilib və onun səhhəti yaxşılaşıb. Nənəsinin qan təzyiqinin yüksəldiyini deyən Qoca qeyd edib ki, 103 yaşlı qadın səhhətinə həmişə diqqət yetirib: “Nənəm ömründə ilk dəfə xəstəxanaya gəlir. O, süni yeməklərdən, siqaret və içkidən həmişə uzaq durub, bizə də bunu məsləhət görüb. Artıq nənəm nəvəsinin nəvəsini (kötücə) də görüb, şüuru yerindədir. Qan təzyiqi yüksəldiyi üçün xəstəxanaya gətirdik, vəziyyəti normallaşıb”.
Gülsüm Qocanın əri Hüseyn Qoca 10 il əvvəl 101 yaşında ölüb.

770