Füzuli rayonunda mina partladı
17 iyun 2009 13:45 (UTC +04:00)

Füzuli rayonunda mina partladı

Traktorun biri minaya düşüb, digəri isə minanı üzə çıxarıb

Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında mina hadisəsi baş verib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Horadiz Regional Bazasından APA-ya verilən məlumata görə, gecə vaxtı əraziyə daxil olan iki tırtıllı traktordan biri ərazini şumlayarkən tank əleyhinə minaya düşüb. Digər traktor isə şumlama zamanı 1 ədəd tank əleyhinə minanı üzə çıxarıb. Partlayış zamanı bir nəfər yüngül xəsarət alsa da, digərləri zərər çəkmədən ərazini tərk ediblər. Hadisə yerinə gələn ANAMA-nın əməkdaşları şumlanan ərazidə müharibə dövründə tank əleyhinə minaların basdırıldığı zolaq aşkar ediblər. Əraziyə baxış zamanı 6 ədəd tank əleyhinə minanın olduğu aşkarlanıb, hazırda onların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

ANAMA-dan onu da bildiriblər ki, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən bu ərazilərin minalı olması barədə əhaliyə indiyədək dəfələrlə xəbərdarlıq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916

Oxşar yazılar

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09
Bakıda Atatürk parkında  restoran yandı - YENİLƏNİB

Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB

28 iyun 2024 , 15:15
Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQ

Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq QAÇAQMALÇILIQ

28 iyun 2024 , 14:09
Ramin Hacılının cəzası azaldıldı

Ramin Hacılının cəzası azaldıldı

28 iyun 2024 , 13:00
İrandan Azərbaycana 165 kilo narkotik  keçirmək istədilər

İrandan Azərbaycana 165 kilo narkotik keçirmək istədilər

28 iyun 2024 , 12:38
Bakıda bahalı iti   oğurlayan TUTULDU

Bakıda bahalı iti oğurlayan TUTULDU

28 iyun 2024 , 12:34