Qızıl Xaç erməni əsirliyindəki azərbaycanlı çavuşdan məktub gətirib
Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndindəki ofisinin nümayəndələri Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. BQXK təmsilçiləri tərəfindən Anar Hacıyevin saxlanma şəraitinin və səhhətinin monitorinqi keçirilib, onunla təkbətək söhbət aparılıb. A. Hacıyev ailəsinə məktub göndərib. Bu gün BQXK-nın Bərdə ofisinin nümayəndələri əsirin ailəsi ilə görüşərək, A. Hacıyevin məktubu ailəsinə çatdırıb.
Çavuşun anası Nailə Məmmədova APA-ya bildirib ki, artıq oğlunun məktubunu alıb. N. Məmmədova məktubun məzmununu da açıqlayıb: “Salam mama, məndən narahat olmayın. Məndə hər şey yaxşıdır. Elçinə (Anar Hacıyevin qardaşı-APA) kimin qızını almısınız?”
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

946