Lənkəranda baş verən insidentlə bağlı rəsmi məlumat yayıldı
Polisə müqavimət göstərən İran vətəndaşlarından 2-si qadın olub
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) Lənkəranda baş verən insidentlə bağlı birgə məlumat yayıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində İran İslam Respublikasından ölkəmizin ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Belə ki, iyunun 16-da saat 05.00 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində dənizdən sahilə yan alan, içərisində narkotik vasitə olan qayığın saxlanılması məqsədi ilə keçirilən xüsusi tədbir zamanı qayıqda olanlar polisin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq müqavimət göstəriblər.
Əməliyyatçıların odlu silah işlətmək məcburiyyətində qalması nəticəsində onlardan biri - Heydəri Zahid Rəşid oğlu yaralanıb. Cinayətkar dəstənin bütün üzvləri, İran vətəndaşları - Vəhdət Nəzəri Bəhruz oğlu, Heydəri Zahid Rəşid oğlu, Rahət Nihdani Məhinyəhya qızı və Zəhra Cavad qızı tutulublar. Onların istifadəsində olan qayıqdan 50 kiloqramdan çox həşiş, 60 ədəd avtomat patronu, 1 ədəd qaz balonu və istiqamət müəyyənləşdirən 2 ədəd GPS xüsusi qurğusu götürülüb.
Faktla əlaqədar cinayət işi qaldırılıb, istintaq aparılır.

983