Erməni əsirliyindəki əsgər ailəsinə məktub göndərib
16 iyun 2009 17:00 (UTC +04:00)

Erməni əsirliyindəki əsgər ailəsinə məktub göndərib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülən Azərbaycan ordusunun əsgəri Rafiq Həsənova baş çəkiblər.

Bu barədə APA-ya əsirin atası Rəhman Həsənov məlumat verib. O bildirib ki, BQXK təmsilçiləri Rafiq Həsənovdan iyulun 5-də ona yazdığı məktubuna cavab da gətiriblər. R. Həsənov oğlunun yazdığı məktubun məzmunu da açıqlayıb: “Məktub çox qısa idi. Mənim məktubumu aldığını görə şad olduğunu yazıb, qardaşının oğlunun olması münasibətilə onu təbrik edib”.

R. Həsənov oğlunun səhhəti ilə bağlı BQXK nümayəndələrinin əlavə informasiya vermədiyini də deyib: “Onlar mənə heç nə demədilər. Lakin biz televizordan eşitmişik ki, Rafiqə Ermənistanda işgəncələr verilir. Bu məlumatlar bizə pis təsir göstərir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar