Eldar Əzizov Şöhrət Quliyevi tanımırmış
“Şöhrət Quliyev haqında mən də bir çoxları kimi onun törətdiyi cinayət hadisələri barədə yayılan məlumatlardan sonra eşitmişəm”
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov adının Gəncə sakini, iş adamı Şöhrət Quliyevin həbsi ilə bağlı məsələlərdə hallandırılmasına münasibət bildirib.
E. Əzizov APA-ya göndərdiyi açıqlamasında maşınının Ş. Quliyev tərəfindən alınması, özünün iş adamı ilə bağlı məhkəmə prosesində dindirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib: “Mənim istifadəmdə olan xidməti “BMW”markalı avtomobil Prezident Aparatının rəhbərliyi tərəfindən prezident qarajından rəsmi qaydada Gəncə şəhər İcra Hakimiyyəti üçün ayrılıb və İcra Hakimiyyətinin sürücüsü tərəfindən Prezident Aparatının qarajından təhvil alınıb. Bu faktın doğruluğunu yoxlamaq bir o qədər də çətin deyil.
İcra Hakimiyyətinin istifadəsində olan digər avtomobillər də rəsmi qaydada alınıb və İcra Hakimiyyətinin balansındadır. Xidməti istifadəmdə olan avtomobilin mənə cinayət məsuliyyətinə cəlb olunmuş Şöhrət Quliyev tərəfindən verilməsi gülünc və tamamilə iftiradır.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı müavininin bu işlə əlaqədar hüquq-mühafizə orqanlarına dəvət edilməsi və istintaqa ifadə verməsi haqqında yayılan məlumatlar da tamamilə yalandır. Mən sizə rəsmi olaraq bildirirəm ki, o, hüquq-mühafizə orqanlarına dəvət olunmayıb, bu işlə əlaqədar ifadə verməyib və onun bu məsələyə aidiyyatı yoxdur.
Şöhrət Quliyev haqında mən də bir çoxları kimi onun törətdiyi cinayət hadisələri barədə yayılan məlumatlardan sonra eşitmişəm. Bəlkə də bu adam ticarətlə məşğul olan insanlar arasında az-çox tanınırdı. Amma önun şəhər ictimaiyyəti tərəfindən Gəncədə nüfuzlu bir adam kimi tanınması, sadəcə, cəfəngiyatdır. Bunu hər bir gəncəli təsdiq edə bilər. O, çirkin əməllər törətmiş ticarət işçisidir və törətdiyi əməllərə görə cavab verməlidir.
Gəncədə bu gün iş adamlarından hər hansı bir hədiyyə və ya qeyri-qanuni rüsumlar alınması praktikası yoxdur. Nömrədən nömrəyə təkrarlanan, heç bir əsası olmayan yalan və böhtan xarakterli məlumatların yayılması, bir tərəfdən mövzu qıtlığından xəbər verə bilər, digər tərəfdən yəqin ki, Gəncədə son illər əldə olunan nailiyyətlərə kölgə salmaq istəyən Gəncədən kənarda olan hər hansı bir şəxsin və ya şəxslərin maraqlarına cavab verir”.
Qeyd edək ki, Şöhrət Quliyevin başçılıq etdiyi dəstə 2003-2004-cü illərdə Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinir.

1039