Türkiyədə 8 ay əvvəl öldürülən azərbaycanlı qadının qatili tutuldu
16 iyun 2009 13:00 (UTC +04:00)

Türkiyədə 8 ay əvvəl öldürülən azərbaycanlı qadının qatili tutuldu

Qatil Van vilayətindəki bir kəndin icra nümayəndəsidir

Türkiyənin Van şəhərində 8 ay əvvəl qətlə yetirilən azərbaycanlı qadının qatili yaxalanıb.


Lent.az-ın məlumatına görə, ötən il oktyabrın 15-də küçənin ortasında odlu silahla vurulan 49 yaşlı Pakizə Məmmədovanın qatilinin vilayətin Gevaş qəsəbəsinin bir kəndinin muxtarı (icra nümayəndəsi) olduğu müəyyənləşib.

Qadının çantasından tapılan kişi şəklinin arxasında onun iş yerinin ünvanı yazılıbmış. Həmin ünvana gedən polislər 50 yaşlı İ.C-ni tutublar. O, ilkin dindirmədən sonra həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar