Yevlaxda iki nəfər it dişləməsindən ölüb
11 iyun 2009 14:00 (UTC +04:00)

Yevlaxda iki nəfər it dişləməsindən ölüb

Sonunxu qurban quduzluğa qarşı müalicə alsa da, onu xilas etmək mümkün olmayıb

Yevlax rayonunda quduz it dişləməsi nəticəsində son bir ayda iki nəfər dünyasını dəyişib. Bu barədə APA-ya iyunun 9-da dünyasını dəyişmiş rayon sakini Həşimova Atlas Səttar qızının yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, bir neçə gün əvvəl A. Həşimovanı sahibsiz it dişləyib. Quduzluq əleyhinə müalicə almasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bir ay əvvəl isə rayonda 8 yaşlı qız it dişləməsindən sonra vəfat edib.

Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Əhliman Nəsibov APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, A. Həşimovanı aprelin 16-da sahibsiz it dişləyib. O, zərərçəkənə quduzluğa qarşı nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, iynələr vurulduğunu qeyd edib: “Həmin qadını dişləyən iti öldürüblər. Amma o iti öldürmək lazım deyildi, quduzluğun olub-olmamasını dəqiqləşdirmək üçün iti saxlamaq lazım idi. Əgər itdə quduzluq vardısa, 10 günə öləcəkdi. Belə olanda həmin itin başı Respublika Baytarlıq Laboratoriyasına göndərilir. Yalnız orada müayinə olunduqdan sonra dəqiq demək olur ki, itdə quduzluq var, ya yox. Amma iti öldürdükləri üçün quduzluqla bağlı dəqiq söz demək mümkün deyil”.

A. Həşimovanın lazımı müalicə aldığı halda dünyasını dəyişməsinin səbəblərinə gəldikdə, Ə. Nəsibov bildirib ki, ona quduzluq əleyhinə bütün vaksinlər vurulub: “Yəqin ki, Həşimova başqa səbəbdən ölüb. O qədər adamı it tutur ki, məsələn, bu gün də 2-3 nəfər it dişləməsi ilə daxil olub, amma hər it tutan adam ölmür ki? O da ola bilər ki, vaksin keyfiyyətsiz olub”.

Ə. Nəsibov rayonda sahibsiz itlərlə bağlı Kommunal Təsərrüfat Birliyinin iş apardığını da qeyd edib.
# 871

Oxşar yazılar

Naxçıvanda siprtli içki içib  evini yandıran kişi öldü   - YENİLƏNİB

Naxçıvanda siprtli içki içib evini yandıran kişi öldü - YENİLƏNİB

9 may 2024 , 22:56
Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

9 may 2024 , 21:27
Bakıda qəza tıxac yartdı

Bakıda qəza tıxac yartdı

9 may 2024 , 20:35
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00