36 yaşlı qadın yeniyetmə sevgilisi üçün 6 övladını tərk etdi
10 iyun 2009 10:30 (UTC +04:00)

36 yaşlı qadın yeniyetmə sevgilisi üçün 6 övladını tərk etdi

İngiltərədə 6 uşaq anası olan 36 yaşlı qadın 15 yaşlı sevgilisi üçün övladlarını tərk edib.


Lent.az-ın məlumatına görə, 6 uşaq anası Debbi Mallinsonın yeniyetmə sevgilisi oğlunun ən yaxın dostudur. Onun 15, 10, 8, 6, 5 və 3 yaşlarındakı övladları artıq kimsəsiz qalıblar.

4 kişidən 6 övladı olan Debbi yeniyetmə sevgilisi ilə getməyə qərar verəndən sonra övladlarına “məni başa düşün, aşiq oldum, getməyə məcburam” deyib.
O, hazırda sevgilisinin bacısının evində yaşayır. Qadının 15 və 10 yaşlarındakı iki oğlu qohumlarının yanında qalır, digər 4 azyaşlı dövlət himayəsinə götürülüb.

Qadının əvvəlki sevgililəri onun tez-tez aşiq olduğunu və uşaq doğduğunu deyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar