Bakıda 2 qardaşın öldürüldüyü kütləvi dava ilə bağlı daha bir nəfər tutulub
Azərbaycan paytaxtında bir neçə gün əvvəl baş vermiş kütləvi dava ilə bağlı daha bir nəfər həbs edilib.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Məmmədov Bağır Faiq oğlu saxlanılıb. Onun Əzizbəyov rayonun Xaşaxuna bağları adlanan ərazidə baş vermiş kütləvi davanın iştirakçısı olduğu və Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq etmə) maddəsi ilə ittiham olunduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Xaşaxuna bağlarında 14 nəfər arasında baş vermiş kütləvi dava zamanı iki qardaş qətlə yetirilib, daha iki nəfər isə ağır yaralanıb. Baş vermiş hadisədən dərhal sonra Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac Mirzəyev tutularaq istintaqa cəlb ediliblər. Digər iştirakçıların müəyyən edilib tutulması üçün isə tədbirlər davam etdirilir.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01
Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu
21 aprel 2025 , 17:04
Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü
21 aprel 2025 , 15:57