İlanlar Qubanın kəndinə hücum edib
İlanlar Azərbaycanın Quba rayonunun Almaz-qazmalar kəndinə kütləvi şəkildə hücum edib.
APA-nın şimal bürosunun məlumatına görə, bir həftədir, kənd sakinləri təşviş içərisindədirlər.
Kənddə yaşayan Dostuyevlər ailəsinin evi isə ilanların məskəninə çevrilib. Ev sahibi Bahadır Dostuyev APA-ya açıqlamasında hər gün təhlükə ilə üzləşdiklərini bildirib: “Bu günədək 100-ə qədər ilan öldürmüşük. Amma ilanlar azalmaq bilmir. Hətta mənzilin içərisinə soxulurlar. Evdə uşaqlar qorxu içərisindədir. Məcbur olub qonşuların evində yaşayırıq”.
Əraziyə baxış keçirən rayon Baytarlıq İdarəsi, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilanları qovmaq üçün heç bir kimyəvi maddələrinin olmadığını bildiriblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov da APA-ya açıqlamasında faktla bağlı onlara məlumat daxil olduğunu söyləyib: “İlanların zərərsizləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna rəsmi müraciət etmişik. Mütəxəssislərin rayona gəlməsini gözləyirik”.
Bununla belə, ilanlar hələ ki, insanlara xətər yetirməyib. Öldürülən ilanlara baxış keçirən yerli mütəxəssislər isə onların zəhərli olduğunu, kəndin ərazisində böyük ilan yuvasının mövcudluğunun ehtimal edildiyini söyləyiblər.

936