Günün tarixi
27 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1571. Səfəvi hökmdarı I Şah Abbas anadan olub

1806. Görkəmli hərbi xadim, yazıçı İsmayıl bəy Qutqaşınlı anadan olub

1880. Tomas Edison közərmə lampasını patentləşdirib

1901. İtalyan bəstəkar Cüzeppe Verdi vəfat edib

1922. Azərbaycan Kommunist (bolşevik) Partiyasının IV qurultayı keçirilib

1924. Kiprli siyasətçi Rauf Denktaş anadan olub

1943. Almaniyada qadınlar səfərbərliyə alınıb

1944. Sovet ordusu Leninqradı blokadadan tam azad edib

1947. ABŞ-da tranzistorun ilkin variantı hazırlanıb

1965. İranın baş naziri Həsən əl Mənsur qətlə yetirilib

1967. ABŞ və SSRİ başda olmaqla 60 dövlət kosmik fəzada hərbi sınaqların məhdudlaşdırılmasına dair protokol imzalayıb

1973. Vyetnam müharibəsi Parisdə imzalanan sülh müqaviləsi ilə başa çatıb

1981. Prezident Ronald Reqan İranda girovluqdan azad edilən amerikalı diplomatları qəbul edib. “Girov böhranı” başa çatıb

1983. Fransız aktyor Lui de Fünes vəfat edib

1988. Hüseynağa Sadıqov Azərbaycan SSR-in xarici işlər naziri təyin edilib. Diplomat bu vəzifəni 1992-ci il may ayınadək icra edib

1989. Ayaz Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilib

1993. Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurub

1997. Aslan Məshədov “İçkeriya-Çeçen Respublikasının prezidenti” seçilib

2003. Millət vəkili İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilib

2008. İndoneziyanın keçmiş dövlət başçısı Suxarto vəfat edib.

Günün aforizmi

“Hər cür qələbəni ancaq yaxşı ödənc müqabilində qazanmaq olar”.

I Şah Abbas
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar