Rusları döyən həmyerlilərimiz dələduzluqda ittiham olunacaq
25 yanvar 2011 17:45 (UTC +04:00)

Rusları döyən həmyerlilərimiz dələduzluqda ittiham olunacaq

Yanvarın 23-də Sankt-Peterburqda baş verən və 21 yaşlı yerli sakinin bıçaqla yaralanmasına yol açan kütləvi dava-dalaşla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dava-dalaşla bağlı 8-i azərbaycanlı olmaqla, 20 nəfər saxlanılıb.

Saxlanılanların üzərində travmatik tapança və beysbol topu aşkarlanıb. Dava-dalaşda Dostluq Kubokunda “İnter”ə azarkeşlik edən və futbol oyunundan sonra stadiondan geri qayıdan azərbaycanlılar iştirak ediblər. Qeyri-Leqal İmmiqrasiya Hərəkatının nümayəndəsi azərbaycanlılardan birinin heç bir səbəb olmadan “Zenit” klubunun azarkeşinə bıçaq zərbəsi endirdiyini söyləyib. Ancaq hüquq-mühafizə orqanları “Zenit” klubunun azarkeşinin münaqişəni alovlandırdığı versiyasını daha inandırıcı sayırlar. Bununla belə, hələ də münaqişənin səbəbi rəsmi olaraq açıqlanmayıb. İçkili vəziyyətdə olan şəxsə kimin bıçaq zərbəsi endirdiyi də məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar