Moskvadakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat yoxdur
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. O bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hələlik hər hansı məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 24-də “Domodedovo” hava limanında törədilən terror aktı nəticəsində 35 nəfər ölüb, yaralılardan 110-u xəstəxanalara çatdırılıb. Onların arasında rusiyalı olmayan 8 nəfər – Özbəkistan, Tacikistan, Qırğızıstan, Fransa, İtaliya, Almaniya, Slovakiya və Böyük Britaniya vətəndaşları da var. “Vesti.ru” portalının zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olduğu haqda xəbəri təsdiqlənməyib.

504