Milli Ordunun zabiti dəm qazından boğulub
25 yanvar 2011 11:53 (UTC +04:00)

Milli Ordunun zabiti dəm qazından boğulub

Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin zabiti dəm qazından boğulub. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. TTM-in zabiti, leytenant Rafael Elxan oğlu Yusifli kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar