Xaçmazda 2 gənc 76 yaşlı kişini ölümcül döyüb
Xaçmaz rayonunun Qusarçay kənd sakini 76 yaşlı Ağabala Şamxalovu döyərək tanınmaz vəziyyətə salan iki nəfər saxlanılıb. Onlar 76 yaşlı kişini döydükdən sonra onun evindən 57 manat pul aparıblar. Qonşuların köməkliyi ilə Ağabala Şamxalov Xudat şəhər xəstəxanasına aparılıb. Döyülməkdən tanınmaz hala düşən 76 yaşlı kişiyə beyin silkələnməsi, kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Xaçmaz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat nəticəsində hər iki şəxs yaxalanıb. Saxlanılan şəxslər Ağabala Şamxalovun qonşusu, 29 yaşlı Avtandil Davudov və onun 23 yaşlı dostu Furəddin Əlibəyovdur. Hər iki şəxs istintaqa hadisəni törədərkən içkili vəziyyətdə olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
Vəli Turan

624