Yataqxanada qətl törədən tutuldu
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPBİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də səhər saatlarında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Zığ qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada 39 yaşlı Ərkinaz Həsənova naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətlə yetirilən şəxsin içində pul və mobil telefon olan çantası da naməlum şəraitdə yoxa çıxıb.
Həmin gün BŞBPİ Cinayət Axtarış İdarəsi və Suraxanı RPİ-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən məcburi köçkün, 1993-cü il təvəllüdlü Heydərov Elvin Xudaverdi oğlu bu gün saat 18.00 radələrində həbs olunub. Məlum olub ki, o, Ə. Həsənovanın yaxın qohumudur. Şübhəli şəxs ilkin ifadəsində qətli şəxsi münaqişə zəminində törətdiyini etiraf edib.
Hazırda Suraxanı Rayon Prokurorluğunda AR CM-in 120-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

407