Ötən il baş verən qəzaların çoxunu “VAZ” avtomobilləri törədib
24 yanvar 2011 15:21 (UTC +04:00)

Ötən il baş verən qəzaların çoxunu “VAZ” avtomobilləri törədib

“2010-cu ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin 51, 6 faizi “VAZ” markalı avtomobillər tərəfindən törədilib”.



Bu açıqlamanı APA-ya Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev verib. Onun sözlərinə görə, digər ölkələrin istehsal etdiyi avtomobillərlə müqayisədə Rusiya istehsalı olan avtomobillərin qəzaya uğrama təhlükəsi daha çoxdur: “Azərbaycanda qeydiyyatda olan avtomobillərin 468 minini “VAZ” markalı avtomobillər təşkil edir. Həmin avtomobillərin zərbəyə dözümlüyü və təhlükəsizlik tədbirləri kifayət qədər olmadığından ölüm riskini artırır. Mən sürücüləri Rusiya istehsalı olan avtomobilləri idarə edərkən ehtiyatlı olmağa, yüksək sürətlə idarə etməməyə çağırıram. Tədricən həmin avtomobillərin istismarı və Azərbaycana gətirilməsi azalacaq. Lakin hesab edirəm ki, yol qəzalarının baş verməsində sürücülərin özlərinin də böyük günahı var. Çünki Azərbaycanda sürücülük mədəniyyəti çox aşağı səviyyədədir. Ötən bir il ərzində sürücülər tərəfindən yol hərəkət qaydaları bir milyondan çox pozulub. Bu böyük göstəricidir. Bizdə sürücülərin maariflənməsinə böyük ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar