39 yaşlı qadını evində qətlə yetirdilər
24 yanvar 2011 11:56 (UTC +04:00)

39 yaşlı qadını evində qətlə yetirdilər

Yanvarın 24-də səhər saatlarında Bakıda qətl hadisəsi törədilib. Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ qəsəbə sakini, 1972-ci il təvəllüdlü Həsənova Ərkinaz Fərəc qızı öldürülüb. Şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxs 39 yaşlı qadının qarın nahiyəsindən bıçaq zərbəsi endirib. Ə.Həsənova aldığı xəsarətlərdən hadisə yerində keçinib.


Qeyd edək ki, qətl hadisəsi Zığ qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar